Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban Qurbanov bizim Aleks Ferqyusonumuzdur" - Maksim Medvedev
    28.01.2026 13:45:53

    Karyerasını başa vurmuş “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev komandanın baş məşqçi Qurban Qurbanov haqqında danışıb.

    Prosport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının "Liverpul" - "Qarabağ" oyunundan əvvəl İngiltərənin “The Guardian” nəşrinə müsahibə verən veteran müdafiəçi təcrübəli mütəxəssislə bağlı maraqlı fikirlər səsləndirib.

    2008-ci ildə Qurban Qurbanovun “Qarabağ”a gəlişini yada salan Medvedev bildirib ki, əvvəlcə ona inam yüksək olmayıb: “Qurbanov təcili əvəzləyici kimi seçilmişdi, amma gözləntilər aşağı idi. Gənc məşqçi idi və o dövrlərdə yerli mütəxəssislərə elə də böyük etimad göstərilmirdi. Hər şeyə sıfırdan başladı və bu vəzifədə uzun müddət qalacağı gözlənilmirdi".

    Onun sözlərinə görə, çox keçmədən vəziyyət dəyişib: "Amma biz tezliklə anladıq ki, o, möhtəşəm məşqçidir. İlk mövsümündə kubok qazandıq, daha sonra Avropa Liqasının seçmə mərhələsində "Rusenborq"u məğlub etdik. Əsl macəra məhz bundan sonra başladı. Qurbanov rəhbərlikdən tam dəstək aldı və ona müdaxilələr olmadan işləyə bildi. O, komandanı mərhələli şəkildə qurdu”.

    Maksim Medvedev Qurban Qurbanovun futbolçulara yanaşmasından da söz açıb: “Biz heç vaxt ulduz futbolçular transfer etmirdik. Qurbanov üçün bütün oyunçular bərabərdir. O, yeni gələnlərə tələblərini izah edir və yalnız onları qəbul edənlər komandanın bir hissəsi ola bilirlər. Birlikdə olduğumuz müddətdə onun heç kimlə ciddi münaqişəsi olmayıb. Məşqçi sərtdir və intizama böyük önəm verir, amma çox ədalətlidir. O, həmişə futbolçularını müdafiə edir, onlara kömək edir, həm peşəkar, həm də şəxsi məsləhətlər verir. Hamı onu sevir və hörmət edir”.

    Qurban Qurbanovun futbol fəlsəfəsi ilə bağlı sualı cavablandıran Medvedev deyib ki, bu, topa nəzarət və aktiv oyuna əsaslanır: “Qurbanovun rəhbərliyi altında oyunu idarə etməyə və mümkün qədər çox qol epizodu yaratmağa çalışırdıq. Heç vaxt səhv etməkdən qorxmurduq. Hətta ən güclü rəqiblərə qarşı belə oyun üslubumuzu dəyişmirdik. Bu, xüsusilə 2020-ci ildə Varşavada "Legiya"nı 3:0 hesabı ilə məğlub etdikdən sonra özünü göstərdi. O vaxtdan etibarən istənilən rəqibi məğlub edə biləcəyimizi anladıq və daha da hücumameyilli futbol oynamağa başladıq”.

    Maksim Medvedev fikirlərini belə tamamlayıb: "O, bizim azərbaycanlı Aleks Ferqyusonumuzdur. İstədiyi müddət "Qarabağ"da qalacaq, daha sonra isə karyerasını bitirəcək”.

    Qeyd edək ki, Maksim Medvedev 2006–2024-cü illərdə “Qarabağ”da çıxış edib.

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved