"Liverpul"la matçda uğurlu nəticəyə ümid edirik".
Prosport.Az əbər verir ki, "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O, qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq".
Qeyd edək ki, "Liverpul" – "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

