Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" asanlıqla məğlub ediləcək rəqib deyil" – Arne Slot
    27.01.2026 20:53:36

    “Liverpul”un baş məşqçisi Arne Slotun UEFA Çempionlar Liqasında “Qarabağ"az qarşı keçiriləcək matçla əlaqədar mətbuat konfransı təşkil edilib.

    Prosport.Az xəbər verir ki, niderlandlı mütəxəssis əsas futbolçuların durumu, komandanın hazırkı vəziyyəti və oyun planı barədə danışıb.

    Onun sözlərinə görə, müdafiəçiləri Co Qomes və İbrahima Konate “Qarabağ”la matçda oynamayacaqlar: “Co sabahkı oyunda iştirak edə bilməyəcək. Konateylə danışdım və bilirik ki, o, çətin günlər keçirir (bugünlərdə atası vəfat edib - red.). Onun tezliklə geri dönməsinə ümid edirəm, amma sabah üçün yox”.

    Arne Slot Premyer Liqada hazırkı mövqelərinə görə təzyiqləri dayandırmağın çox çətin olacağını bildirib: “Bir neçə oyunda qələbə qazanmağımız belə səs-küyü dayandırmaz. Belə klublarda çempionluq uğrunda mübarizə aparmırsınızsa, bu təzyiqi dayandırmaq mümkün deyil”.

    Mütəxəssis ÇL-də 1 və ya 2 pillə fərqinin o qədər də önəmli olmadığını qeyd edib: “Həm Çempionlar Liqası, həm də Premyer Liqada mübarizə aparmaq bizim üçün çətindir. ÇL oyunlarından sonra çox matçda xal itirdik”.

    Slot vurğulayıb ki, Çempionlar Liqasının Liqa mərhələsini ilk "4-lük"də bitirmək istəyirlər və “Qarabağ"a qarşı yaxşı hazırlaşıblar: “Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”.

    Slotun sözlərinə görə, “Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib: "Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.

    Qeyd edək ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved