Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Liverpul" və "Qarabağ" eyni durumdadır" – Qurban Qurbanov
    26.01.2026 23:39:03

    “Əsas mərhələdəkiən ciddi rəqibimizə qarşı oyuna gedirik”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə “Liverpul”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçından əvvəl Heydər Əliyev Beynəlxalq Aerportunda jurnalistlərə açıqlamasında deyib.

    54 yaşlı mütəxəssis “qırmızılar”ı özünəxas oyun üslubuna malik və ən tez hücuma keçən kollektivlərdən biri kimi dəyərləndirib.

    O, “Qarabağ”ın hazırkı vəziyyətindən də danışıb: “Komandamızda ümumi durum pis deyil. İnanıram ki, futbolçular çox istəklidirlər. Danışıqlarımızda, söhbərlərimizdə ümumi fikir bu oldu ki, ən yaxşı oyunlarımızdan birini keçirməyə, sonadək mübarizə aparmağa, böyük futbolun nə olduğunu bir daha hiss etməyə çalışacağıq”.

    Qurbanov “Liverpul”un daxili çempionatda “Qarabağ”la eyni durumda olduğunu bildirib: “Bu gün də oyunlarına baxdıq. Ola bilər ki, çempionatda uğurlu nəticələri yoxdur. Amma Çempionlar Liqasına baxsaq, “Liverpul” ən çox xal toplayan komandalardan biridir və ilk “8-lik”dədir. Həm də çempionatdakı nəticələri oyunlarına görə deyil. Bu gün də bir daha buna əmin olduq. Bir-birini çox yaxşı anlayan, bir-birini tamamlayaraq hücuma keçən futbolçuları var. Ümumən sıx qrafikdə çıxış edirlər. Digər komandalar onlara qarşı daha yaxşı hazırlaşırlar. Çempionlar Liqasındakı komandaların 80-90 faizi eyni durumdadır. Əslində biz də beləyik: sıx qrafik üzündən Azərbaycan Premyer Liqasında o qədər də inamlı çıxış etmirik.  Normaldır. Ümumi baxsaq, hər ikimizin durumu, demək olar ki, eynidir”.

    Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Azərbaycan komandası oyuna bu gün çarter reysli təyyarə ilə yollanıb. 

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved