“Liverpul”un sosial şəbəkə hesabı “Qarabağ"ın İngilltərəyə bugünkü səfəri ilə bağlı maraqlı paylaşım edib.
Prosport.Az xəbər verir ki, paylaşımda bildirilib:
“Enfild"də qeyri-adi rekord gözlənilir. UEFA Çempionlar Liqası qarşılaşması üçün “Qarabağ” Bakıdan yola düşüb. Bu, “Liverpul”un indiyədək qəbul etdiyi ən uzun Avropa səfəri olacaq”.
Qeyd edək ki, “Qarabağ”ın Liverpul şəhərinə təyyarə ilə yolçuluğu 7 saat çəkib. Bu isə məsafə olaraq 2583 mil (4157 kilometr) təşkil edir.
Paylaşımda "Liverpul" tarixində ən uzun səfərdən gəlmiş 10 komandanın yer aldığı siyahı təqdim olunub.
1. “Qarabağ” - 2583 mil (4157 kilometr)
2. “Anji” (Mahaçqala) - 2378 mil
3. “Makkabi” (Hayfa) - 2341- mil
4. “Dinamo” (Tbilisi) - 2319 mil
5. “Spartak” (Vladiqafqaz) - 2260 mil
6. “Apollon” (Limasol) - 2171 mil
7. “Trabzonspor” - 2139 mil
8. “Rubin” (Kazan) - 2041 mil
9. “Qalatasaray” - 1706 mil
10. “Beşiktaş” - 1706 mil

