"Sabah"la yollarını ayıran Ayaz Quliyev karyerasını Rusiyada davam etdirəcək.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi "Arsenal"a transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçu daha öncə 2021/2022 mövsümündə də "Arsenal"ın formasını geyinib.
Xatırladaq ki, Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edib və bu müddət ərzində komandanın heyətində 54 matça çıxıb.

