"Qarabağ"ın futbolçusu Aleksey Kaşşuk Ağdam klubunu tərk edə bilər.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçinin təklifləri çoxdur.
Ona Səudiyyə Ərəbistanı, Polşa və İsrail klublarından dəvətlər gəlib. Kaşşukun ABŞ-yə yollanaraq, MLS klublarından birinə keçmək ehtimalı da yüksəkdir. Hazırda 25 yaşlı futbolçu həmin təkliflər arasında seçim edir.
Onun qış transfer pəncərəsi zamanı “Qarabağ”ı tərk edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Aleksey Kaşşukun “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il martından Ağdam klubunun formasını geyinir. Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Kaşşuk “Mariupol” və “Sabah” klublarında çıxış edib.

