Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"a pley-offa doğru - Potensial rəqiblər
    26.01.2026 14:32:21

    UEFA Çempionlar Liqasında bu həftə keçiriləcək son turun oyunları ilə Liqa mərhələsinə yekun vurulacaq. Turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” son tur öncəsi pley-offa vəsiqə qazanmağa çox yaxındır.

    Ağdamlılar son matçda “Liverpul”a məğlub olsa belə, ilk “24-lük”də qalmaq şansı yüksəkdir. Yalnız turnir cədvəlində “Qarabağ”dan aşağıda olan 7 komandanın hamısı qalib gəlməlidir ki, təmsilçimiz “24-lük”dən kənarda qalsın. Ancaq bu da real görünmür.

    Bəs, pley-off və 1/8 finalda komandamızın rəqibi kim ola bilər?

    Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, artıq yanvarın 30-da pley-offun püşkü atılacaq. Formata əsasən, 9-10-cu yerlər 23-24-cü yerlərlə, 11-12-cilər 21-22-cilərlə, 13-14-cülər 19-20-cilərlə, 15-16-cılar isə 17-18-cilərlə qarşılaşacaq.

    Son turun nəticələrinin ardından komandalar hazırkı mövqelərində qərarlaşsalar, “Qarabağ”ın potensial 2 rəqibi “Yuventus” və Dortmund “Borussiya”sı olacaq. “Liverpul” üzərində sensasiyalı qalibiyyət təmsilçimizin Liqa mərhələsini daha yüksək pillələrdə bitirməsinə gətirib çıxarar ki, belədə nisbətən münasib rəqiblə düşmək imkanı yaranacaq.

    1/8 final mərhələsinin formatı da buna bənzərdir. Azərbaycan çempionu Liqa mərhələsini 15-18-ci yerlər aralığında bitirsə və pley-off səddini keçsə, o zaman 1/8 final ən arzuolunmaz rəqibi önünə çıxaracaq. Çünki Liqa mərhələsini ilk iki sırada tamamlayacaq komandalar 1/8 finalda bu raundun 15-18-ci yerlərindəki pley-off cütlərinin qalibləri ilə qarşılaşacaq. Hazırkı durumda isə “Qarabağ”ın 1/8 finaldakı potensial rəqibləri “Arsenal” və “Bavariya"dır.

    Qeyd edək ki, yanvarın 30-da pley-offun, fevralın 27-də isə 1/8 finalın püşkatması olacaq. Pley-off mərhələsinin oyunları fevralın 17-18 və 24-25-də, 1/8 finalın qarşılaşmaları isə martın 10-11 və 17-18-də keçiriləcək.

    Futbol

    Mirbağır İsayev yeni işinin icrasına başladı - FOTOLAR

    17.03.2026 15:45:35
    Futbol

    AFFA yerli kadrı əcnəbi ilə əvəzləyir

    17.03.2026 15:19:40
    Futbol

    Premyer Liqa: XXV turun açılış oyunu bu hakimə tapşırıldı

    17.03.2026 14:11:24
    Futbol

    "Mingəçevir" azarkeşlərinə görə xərcə düşdü

    17.03.2026 13:51:46
    Futbol

    AFFA "Neftçi"ni yenə cərimələdi

    17.03.2026 13:23:25
    Futbol

    "Neftçi" millimizin üzvü ilə anlaşa bilmədi - Yayda gedir

    17.03.2026 12:49:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mirbağır İsayev yeni işinin icrasına başladı - FOTOLAR

    17.03.2026 15:45:35

    AFFA yerli kadrı əcnəbi ilə əvəzləyir

    17.03.2026 15:19:40

    ABF məşqçilərdən imtahan götürdü

    17.03.2026 14:55:51

    Premyer Liqa: XXV turun açılış oyunu bu hakimə tapşırıldı

    17.03.2026 14:11:24

    "Mingəçevir" azarkeşlərinə görə xərcə düşdü

    17.03.2026 13:51:46

    AFFA "Neftçi"ni yenə cərimələdi

    17.03.2026 13:23:25

    "Neftçi" millimizin üzvü ilə anlaşa bilmədi - Yayda gedir

    17.03.2026 12:49:47

    Millimizin sabiq futbolçusu dekabrda keçdiyi komandada qol hesabını açdı - VİDEO

    17.03.2026 12:10:20

    Gəncə stadionununda ilk oyunun keçiriləcəyi vaxt bilindi

    17.03.2026 11:48:23

    Bakı bu il daha bir dünya çempionatına ev sahibliyi edəcək

    17.03.2026 11:11:07

    Əliyar Ağayev "Kristal Pelas"ın oyununa təyinat aldı

    17.03.2026 10:58:40

    Basketbol millimiz Bakıda Ukraynaya qarşı

    17.03.2026 10:02:32

    Ruy Jorjun daha bir köməkçisi əcnəbi olacaq – Sərxan Hacıyev açıqladı

    17.03.2026 09:50:29

    Millimizin futbolçusu oynadı, komandası 10 nəfərlə qələbə qazandı

    17.03.2026 01:02:44

    Almaniya və İspaniya klublarının futbolçuları millimizdə

    16.03.2026 22:37:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved