Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mövsüm göstərdi ki, güclənməyə ehtiyac var" – Georgi Çixradze
    24.01.2026 16:26:43

    Azərbaycan Premyer Liqasının XVII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (0:4) sonra qonaq komandanın məşqçisi George Çixradze jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – Komandamızı təbrik edirəm. Oyuna çox yaxşı hazırlaşmışdıq. Güclü, bərk rəqiblə oynayacağımızı bilirdik. Yanvarın 4-dən hazırlığa başladıq və bütün toplanışı bu matça hazırlıq kimi keçirdik. Rəqibin taktiki sxemlərinə hazırlaşmışdıq. “Şamaxı” adətən 2 sxemlə oynayır. Bunu təhlil etmişdik. Komandamıza yeni gələnlər – Keyta və Akinade çox yaxşı təsir bağışladılar. Qələbədə pay sahiblərindən oldular.

    – Keyta mərkəz müdafiəçisidir, amma bu gün dayaqda oynadı. O, gələcəkdə əsas hansı mövqedə oynayacaq?
    – Məcburiyyətdən belə mövqedə oynadı. Heyətdə itkilərimiz var. Dayaq yarımmüdafiəçisi mövqeyinə transfer düşünürük. Sadəcə Xayme Syerra cəzalı olduğu üçün oynamırdı. Keyta topla yaxşı davranır və bu səbəbdən onu dayaqda sınadıq. Kifayət qədər təcrübəli futbolçudur. Məncə, pis təsir bağışlamadı.

    – Turan Manafovun adı komanda ilə hallanır...
    – Bu transfer üzərində çalışırıq. Kifayət qədər təcrübəlidir. Lakin hələ transfer rəsmiləşməyib, danışıqlar davam edir.

    – Baş məşqçi Kaxaber Sxadadze cəzalıdır. Tək özünüzü necə hiss edirdiniz?
    – Futbolun bir hissəsidir. Məşqçilər də cəzalana bilər. Hansısa problem olmadı.

    – Yeni transferlər keyfiyyətli görünür. Demək olar, yayda edə bilmədiyinizi bu dəfə etdiniz?
    – I Liqadan gələndə başqa heyət var idi. Bütün komandaların güclənməsinə ehtiyac olur. Ümumiyyətlə, belə məqsəd var idi ki, I Liqadan gələn heyəti qoruyaq, gənclərə şans verək. Onlara şans verdik. Lakin mövsüm göstərdi ki, güclənməyə ehtiyac var.

    – Mövsümün ilk dövrəsində yaxşı oynasanız da, qələbə gəlmirdi. Bu gün həm yaxşı oyun, həm qələbə oldu. Komandanın potensialı budur, ya daha artığını edə bilərsiniz?
    – Çempionatın I dövrəsində çox yaxşı oyunlarımız olmuşdu. Bəzən futbol bəxti bizdən üz döndərirdi. Lakin vacib məqam o idi ki, oyunumuz var və nəticəyə çevirməliyik. Çox sevindiricidir ki, həm yaxşı oynadıq, həm qələbə qazandıq.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved