Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    UEFA-dan Azərbaycan klubları üçün bəd xəbər
    24.01.2026 11:45:50

    “Qarabağ”ın hazırkı avrokubok mövsümündə uğurlu çıxışı davam etsə də, 2026/27 mövsümündə Avropada iştirak etməyi planlaşdıran Azərbaycan klubları üçün xoş olmayan bir xəbər var. 

    Prosport.Az haqqin.az-a istinadən xəbər verir ki, bu xəbər ölkəmizin UEFA reytinqində tutduğu mövqe ilə bağlıdır.

    Hələ ötən ilin mart ayında məlum olmuşdu ki, Azərbaycanın 2024/25 mövsümünün yekunlarına əsasən, UEFA reytinqində son 11 ilin ən aşağı – 30-cu yeri tutması gec-tez öz təsirini göstərəcək. Bu da məhz 2026-cı ildə baş verir. UEFA-nın gələn yay üçün açıqladığı siyahıya əsasən, Azərbaycan avrokuboklarda start mövqelərindən birini itirib.

    Əvvəllər Azərbaycan klubları UEFA Konfrans Liqasında mübarizəyə həmişə II təsnifat mərhələsindən başlayırdısa, 2026/27 mövsümündə 2 təmsilçimizdən biri artıq I təsnifat mərhələsindən çıxış etməli olacaq. Bu isə Premyer Liqada 3-cü və ya 4-cü yeri tutan komandaya (əgər ölkə kubokunu ilk "3-lük"də qərarlaşan klub qazanarsa) aid olacaq.

    Hazırda ehtimallara görə, Konfrans Liqasında I mərhələdən başlamaq “Zirə”nin payına düşə bilər. Düzdür, UEFA-nın start mərhələləri ilə bağlı müəyyən dəyişikliklər etməsi ehtimalı hələ də qalır, lakin bunun baş vermə ehtimalı olduqca aşağıdır. Məsələn, ötən yay reytinqdə 30-cu pillədə olan Sloveniya üçün heç bir dəyişiklik edilməmiş və həmin ölkənin klublarından biri Konfrans Liqasında mübarizəyə I mərhələdən başlamışdı.

    Hazırda Azərbaycanla bağlı başqa dəyişiklik yoxdur. 

    Xatırladaq ki, Azərbaycan çempionu normalda Çempionlar Liqasına I təsnifat mərhələsindən start verməlidir. Lakin son 2 mövsümdə “Qarabağ” yüksək şəxsi reytinqi və turnirin qalibinin ÇL-ə öz ölkəsinin çempionatından vəsiqə qazanması səbəbindən bu mərhələni buraxmışdı. Həmin ssenari bu dəfə də təkrarlana bilər. Amma çempion indiki lider “Sabah” olacağı təqdirdə, paytaxt klubu mübarizəyə I mərhələdən başlamalı olacaq.

    Azərbaycan Kubokunun qalibi Avropa Liqasında I təsnifat mərhələsindən çıxış edəcək. Əgər çempionluğu və kuboku eyni komanda qazanarsa, Avropa Liqasına Premyer Liqada 2-ci yeri tutan klub vəsiqə əldə edəcək.

    Konfrans Liqasında isə qeyd edildiyi kimi, 2 təmsilçimiz olacaq. Bu, ölkə kubokunun nəticəsindən asılı olaraq ya çempionatın 2-ci və 3-cü, ya da 3-cü və 4-cü pilləsində qərarlaşan komandalar olacaq.

    Hazırda Premyer Liqada 1-ci yerdə “Sabah,”, 2-ci pillədə “Qarabağ”, 3-cü yerdə “Zirə”, 4-cü pillədə isə “Turan Tovuz” qərarlaşıb. Lakin çempionatın hələ təxminən yarısı qarşıdadır.

    Sevindirici məqam yalnız ondan ibarətdir ki, Konfrans Liqasındakı bu geriləmə müvəqqətidir. Çünki cari mövsümün yekununda Azərbaycan UEFA reytinqində yenidən ilk "30-luğ"a qədərki pillələrdən birində yer alacaq (hazırkı mövqe 27-ci yer). Bu isə o deməkdir ki, Azərbaycan 2027/28 mövsümündə Konfrans Liqasına daha üstün mövqedən başlayacaq.

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved