"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi komandasına düşüb.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.
O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.
90 dəqiqə meydanda olan Elvin Cəfərquliyev 2 məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.

