Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın pley-off şansı: 2 komanda xal itirsə....
    22.01.2026 17:11:03

    “Qarabağ” Çempionlar Liqasında növbəti mərhələnin bir addımlığındadır.

    Prosport.Az xəbər verir ki, ağdamlılar hətta son turda xal qazanmasa da, pley-offa vəsiqə verən yerlərdən birini tuta bilər.

    Hazırda təmsilçimiz 10 xalla 18-ci pillədə qərar tutub. “Liverpul”la son səfər matçında qazanılacaq bir xal digər oyunların nəticələrindən asılı olmayaraq, “Qarabağ”ı ilk 24 komanda arasına salacaq. Amma ən pis və real ehtimal məğlubiyyətdir ki, belə olan halda digər matçların nəticəsini gözləməli olacağıq.

    Məğlubiyyət halında daha 3 komandanın uğursuzluğunu arzulamalı olacağıq. Onlardan birinin büdrəyəcəyi dəqiqdir, qalır ikisi…

    Hazırda 10 xalı olan iki komandadan digəri “Qalatasaray”dır. İstanbul təmsilçisini ötməyimiz üçün son turda onların “Qarabağ”dan 3 top çox buraxması lazımdır. Ağdamlılar “Liverpul”a qonaq olan zaman “Qalatasaray” da “Mançester Siti” ilə səfərdə görüşəcək.

    Amma ən real olan variant digər rəqiblərin büdrəməsini arzulamaqdır. “Kayrat”, “Vilyarreal”, “Slaviya”, “Ayntraxt”, “Ayaks”, “Union”, “Pafos”, “Benfika” və “Bodo Qlimt”in “Qarabağ”a çatmaq şansı yoxdur. Deməli, yarışla vidalaşacaq 12 komandadan 9-u bunlar arasından seçiləcək. Ağdamlılar daha 3 komandadan üstün olmalıdır ki, yoluna davam etsin.

    “Qarabağ” üçün təhlükə mənbəyi olan komandalar:

    “Brügge” – 7 xal (top fərqi -5): son turda Marsel “Olimpik”ini qəbul edəcək

    “Kopenhagen” – 8 xal: son turda “Barselona”ya qonaq olacaq

    “Napoli” – 8 xal: son turda “Çelsi”ni qəbul edəcək

    “Olimpiakos” – 8 xal: son turda “Ayaks”a qonaq olacaq

    “Atletik” – 8 xal: son turda “Sportinq”i qəbul edəcək

    PSV – 8 xal: son turda “Bayern”i qəbul edəcək

    “Monako” – 9 xal (top fərqi -6): son turda “Yuventus”u qəbul edəcək

    “Bayer” – 9 xal (top fərqi -4): son turda “Vilyarreal”ı qəbul edəcək

    “Olimpik” (Marsel) – 9 xal (top fərqi 0): son turda “Brügge”nin qonağı olacaq

    Top fərqi -2 olan “Qarabağ”ı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. “Brügge” ilə Marsel “Olimpik”inin bir-birini üstələməli olduğunu nəzərə alsaq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması ağdamlılar üçün kifayətdir. “Barselona” evində uduzacaqsa, “Bayern” xalsız qalacaqsa, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısı məğlubiyyət alacaqsa, “Qarabağ” üçün ÇL-də mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir. Ümid çox, lap çoxdur!…

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved