"Bu, möcüzə deyilmi? Xalqımız yanvarın 20-də matəm gününü yaşadı, bir gün sonra xalqımızı sevindirdik. Cənab Prezidentimiz Avropadadır, tariximizdə ilk dəfə Almaniya klubunu məğlub etdik".
Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" klubuna 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Bu, pul gücü ilə əldə edilməyib. Bu, "Qarabağ"ın müqəddəs adının bizə verdiyi ilhamdır. Biz bura milli dəyərlərimiz sayəsində gəlmişik" - deyə klub prezidenti əlavə edib.

