Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Vurduğu qola görə Bəhlulun bütün səhvlərini bağışlamaq olar" - Qurban Qurbanov
    22.01.2026 01:10:33

    UEFA Çempionlar Liqasının VII turunda keçirilən “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

    – Azarkeşlərimiz təbrik etmək istəyirəm. Həqiqətən, bu qələbə onların haqqı idi. Hər oyunda bizimlə oldular. Bəlkə də, bizdən daha çox qələbəni istəyən onlar idi. Hər birinə təşəkkür edirəm. Futbolçular çox əziyyət çəkdi. Meydanda istəkli oyun var idi. Bəzi matçlarda olmayan intizam var idi. Sona qədər inandılar, fərdi mübarizədə möhkəm oldular. Azarkeşlərimiz və futbolçularımız, Azərbaycan futbolu adına sevindim.

    – Möcüzələrə inanırsınızmı?

    – Möcüzə nəyə deyilir? (gülür). Bu cür qələbələrə inanıram. Dünya futbolunda da bunu görmüşük. Zəif komandalar böyük komandalara qalib gəlib. Belə hallara inanıram.

    – Bəlkə də, ən çətin rəqib “Ayntraxt” idi. Son dəqiqə qolu ilə qələbə qazandınız. Oyuna necə hazırlaşmışdınız?

    – Antalyadakı hazırlıqdan sonra bildirmişdim ki, yaxşı hazırlıq keçdik. İnanın, hazırlaşmaq üçün vaxtımız az olsa da, üstün cəhətlərimiz nədirsə, onu yaxşılaşdırmağa çalışdıq. Şükürlər olsun, alındı. Baxımlı futbol oynamaq istəyirdik. Gözəl üç qol vurmaq möhtəşəmdir. Yaxşı oyun, hücumla bunu etmək böyük sevincdir. Pozitiv notlarla danışıqlarımız olmuşdu. “Ayaks”la oyundan sonra neqativ fikirlər yaranmağa başlamışdı və bu, futbolçulara çox təsjr etmişdi. Bunu geridə qoya bildik və şansımızdan istifadə etməyə çalışdıq. Bu gün oyun keyfiyyətimizi yaxşılaşdırdıq.

    – “Liverpul”la oyunöncəsi azarkeşlərə nə deyə bilərsiniz?

    – Səfərə inamlı gedəcəyik. Orda oynamaq asan deyil. İngiltərədə çılğın azarkeşlərə sahib klublardandır. Futbolçulara çəkinmədən oynamağı tövsiyə edəcəyəm. Belə arenada oynamaqdan həzz almaq lazımdır. Tapşırıq verəcəm ki, minimum bugünkü oyunu saxlayaq. İndicə cənab prezidentin təbrikini oxudum. Təşəkkür edirəm!

    – Buraxılan qollarda Bəhlul Mustafazadənin müəyyən səhvləri var idi. Son dəqiqədə də qələbə qolunu vurdu. Onu bağışlamaq olarmı? 

    – Niyə də yox?! (gülür). Futbol səhvlər oyunudur. Müdafiəçilər həmişə daha çox səhv edir. Vurduğu qola görə bütün səhvlərini bağışlamaq olar.

    – Cənab prezident də paylaşımında hakim səhvinə toxunub. Siz nə düşünürsünüz? 

    – Əlavə şərhə ehtiyac yoxdur. Futbolda belə hallar olur. Düzgün, geniş şərhi prezidentimiz verib.

    – Futbolu olmayan ölkənin təmsilçisi kimi dünyanın ən güclü turnirində “Barselona” ilə bir sırada olmaq, almanları məğlub etmək necə hissdir? 

    – Futbolumuz var, daha inkişaf etməliyik. İnanıram ki, hər şey illər keçdikcə4daha yaxşı olacaq. Böyük komandalarla bir sırada olmaq qürurvericidir. Hər qələbə inamı daha artırır. Eyni zamanda belə klubların Bakıya gəlməsi futbolu daha da sevindirir.

    – Bu meydanlarda bir addımlayır, bir yaşlanırıq. 5-10 il əvvəl deyirdiniz ki, belə komandalarla mübarizə aparmaq üçün illər lazımdır. İndi nə fikirdəsiniz? 

    – Avropa futbolu daha sürətli inkişaf edir. Çatışmazlıqlarımız daha çox görünür. Təhlillərə baxanda görürük ki, rəqib bizim düşdüyümüz epizodları soyuqqanlı qəbul edir. Çünki onlar illərlə bu basqıda oynayır. Dünən də dedim, biz qələbəni öz oyunumuzla əldə etməliyik. Öz prinsiplərimiz, oyunumuz olmalıdır.

    – Elvin Cəfərquliyev əvəzlənmə istəmişdi. Durumu necədir? 

    – Yorulmuşdu, ona görə çıxmaq istəyirdi.

    – Montielin tam hazır olmadığını demişdiniz. Ancaq startda meydana çıxdı… 

    – Montiel daha yaxşı olmaq potensialındadır. Son iki ildə birinci dəfə belə məsuliyyətli oyunda meydanda çox qaldı. Xarakteri hesabına özündə güc tapırdı. Əminəm ki, çox futbolçuların bərpası üçün iki gün lazımdırsa, onunçün üç günə ehtiyac var.

    – Zubirin oyunundan razı qaldınızmı? 

    – Belə oyundan sonra çatışmazlıqlardan danışmaq düz olmaz. Elə futbolçular var ki, qol vurmasa da, balansı qoruyur. Bu, vacibdir. Belə oyunçulardan biri də Zubirdir. O, hər oyun ən çox topla oynayan futbolçudur. Zubirdən çox razı qaldım.

    – Kadi Borges “Liverpul” səfərində oynayacaq? 

    – Xeyr.

    – Sonuncu qol epizodunu a Bikalyonu geri çağırmışdınız. O da topu aldıqdan sonra qol epizodu yarandı. Qolu necə şərh edərdiniz?

    – Oyun epizodu idi. Risk olmasın deyə Bikalyonu geri çağırmışdım.

    – Azərbaycan futbolu üçün nələr etdiyinizin fərqindəsiniz? 

    – Nə etmişəm deyə fikrim yoxdur. Üzərimə düşən işi görməyə çalışıram. Bu, borcumuzdur.

    – Oyunun sonunda Elvin Cəfərquliyev sizə sanki nəsə dedi… 

    – Eşitmədim (gülür). Yəqin, nəsə pıçıldayıb. Son vaxtlar Elvinin çox sıxırdım, danlayırdım. Bu gün bəlkə də ən intizamlı oyununu oynadı. Təcrübəli futbolçu kimk gördüm onu. Hücuma cəsarətli çıxır, hər hücumda iştirak edir. Demişdim ki, gücünü düzgün bölüşdür. Bu gün də cinah oyunçularının üzərinə böyük iş düşürdü.

    – Qələbə olanda təriflənir, uduzanda tənqid olunursuz. Bu, sizi həvəsdən salmır? 

    – Təriflənmək istəmirəm. İşimi görməyə çalışıram. Tənqid olunmağı da istəmərəm. Bu gün siz bilmirsiz hansı problemlərim var, bəlkə futbolçuların nəsə problemləri var. Heç vaxt dəqiq bilmək olmur. İnsan həyatda bəzən elə səhv edir ki, təriflər geridə qalır. İstəmərəm belə hallar olsun.

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved