Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan klubuna məğlubiyyət faciə deyil" – "Ayntraxt"ın məşqçisi
    22.01.2026 00:41:55

    UEFA Çempionlar Liqasının VII turunun “Qarabağ” – “Ayntraxt” oyunundan (3:2) sonra qonaq komandanın məşqçisi Dennis Şmitt jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

    – Çox qaçmalı olduq. Tez qol buraxdıq. Qələbə qazanmaq istəyirdik, tez qol buraxdıq, amma buna reaksiya verdik. Hesabı bərabərləşdirəndən sonra oyuna tarazlıq gəldi. 2 komandanın da şansları var idi. 2-ci hissədə “Qarabağ” pressinq edirdi. Önə keçsək də, tez hesabı bərabərləşdirdilər. 2:2-dən sonra “Qarabağ” yenidən təzyiqi artırdı. Fərdi mübarizələrdə uduzduq. Bu matçı təhlil edib, nəticə çıxaracağıq.

    – Bu mövsüm ən çox qol vuran və buraxan komandasınız. Belə çətin vəziyyətdə Çempionlar Liqasında debüt etmək, bugünkü oyundan məğlubiyyətlə ayrılmaq gələcəyinizə necə təsir edəcək?

    – Klubda qalacağam. Məsələ atdığımız addımlar, buraxdığımız səhvlərdir ki, araşdırmalıyıq. Gələcəkdə daha yaxşı oyunlar göstərməliyik.

    – Almaniya komandaları avrokuboklarda ilk dəfə Azərbaycan klubuna uduzdu. Bu, sizin üçün nə deməkdir?

    – Bugünkü oyun haqda danışa bilərəm. “Qarabağ” intizamlı, istəkli idi. Səhvimizdən istifadə edib, qələbə qazandılar.

    – Komanda inamlı görünmürdü. Bu inamı qaytarmaq üçün nə etmək lazımdır?

    – Fikrinizə hörmətlə yanaşıram. Lakin bu gün meydanda can qoyduq. İnamsız və ya zəif olduğumuzu deməzdim. Vaxtımız az idi. 75-ci dəqiqədə artıq öndə idik. Lakin sonradan baş verənlər o deməkdir ki, hardasa səhv etmişik.

    – Oyunda hansı problem var idi? 

    – Analizlərdən sonra deyə bilərəm. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik.

    – Komanda çətin dönəmlərdən keçir. Komandanı bu vəziyyətdən necə çıxarmağı düşünürsünüz? 

    – Məğlubiyyət uşaqların halını pozdu, narahatdırlar. Təhlillər aparacağıq. Pozitiv məqamları da nəzərə alıb, növbəti oyunlara fokuslanacağıq.

    – Azərbaycan klubuna məğlubiyyət faciə kimi qarşılanacaq? 

    – Faciə deyil. Çempionlar Liqasında hər komanda keyfiyyətlidir. Bu gün də meydanda 2 güclü komanda var idi.

    – Bakıda məşq keçmədiyiniz üçün peşmanlıq hissi var? 

    – Xeyir.

    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Futbol

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53
    Futbol

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved