UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununda ciddi problem yaranıb.
Prosport.Az xəbər verir ki, matçın VAR sistemində nasazlıq baş verib.
Görüşün 7-ci dəqiqəsində isveçrəli baş hakim Sandro Şörer oyunda qısa fasilə zamanı VAR-ın işləmədiyinə dair komandaların kapitanlarına xəbərdarlıq edib.
Qeyd edək ki, ilk hissədən sonra hesab 1:1-dir.

