Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    Cəfərquliyevi "Sent-Etyen" istəyə bilərmi? Menecer şirkəti fransızlardır – ARAŞDIRMA
    21.01.2026 20:36:01

    Bu ayın 11-də Fransa mətbuatı Elvin Cəfərquliyevin "Sent-Etyen"ə mümkün keçidi ilə bağlı xəbər tirajlayıb.

    Prosport.Az bu xəbərin əsassız olmadığını üzə çıxarıb.

    Məsələ burasındadır ki, 25 yaşlı sol cinah müdafiəçisinin menecer hüquqları FLM (Football Life Management) şirkətindədir. FLM isə Lüksemburqda fəaliyyət göstərən və 34 futbolçunun transfer hüquqlarını əlində saxlayan, 2013-cü ildə yaradılmış Fransa menecer (agent) şirkətidir.

    Üstəlik, bu şirkətin müştəriləri arasında Elvin tək azərbaycanlı futbolçu deyil. "Qarabağ"dan Nəriman Axundzadə, Toral Bayramov, Musa Qurbanlı, Hikmət Cəbrayılzadə, Bədəvi Hüseynov, "Zirə"də çıxış edən "Qarabağ"ın sabiq dayaq yarımmüdafiəçisi İsmayıl İbrahimli, eləcə də hazırda klubsuz olan Mirsahib Abbasov müştərilər arasındadır.

    Azərbaycan çempionatında çıxış edən legionerlərdən "Zirə"nin Konqo əsilli almaniyalı sol cinah vingeri Leroy Mikels, "Şamaxı"nın Tanzaniya millisində çıxış edən dayaq yarımmüdafiəçisi Alfons Msanqa və "Sumqayıt"ın yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Masaki Murata da transfer hüquqlarını FLM-ə etibar edib.

    Həmçinin, 2023/24 mövsümündə "Qarabağ"da çıxış etmiş Seneqal əsilli fransalı mərkəz yarımmüdafiəçisi Adama Diakabi, 2023-2025-ci illərdə "Sabah" və "Zirə" ilə müqavilə bağlamış lüksemburqlu sağ cinah vingeri Vensan Till, elə həmin illərdə "Neftçi"də oynamış fransalı sol cinah vingeri Kilan Lebon da bu müştərilər arasındadır. İlk 2 futbolçu hazırda Almaniyanın 3-cü Liqa klubu (II divizion) olan "Valdhof"da, Lebon isə Cənubi Koreyanın I divizon klubu olan "Çonnam Draqonz"da oynayır. 2019/20 mövsümündə "Zirə"də oynamış milliyyətcə ərəb olan fransalı mərkəz yarımmüdafiəçi Şafik Tiqruca da buradadır.

    Bunların arasında Nəriman Axundzadə "Qarabağ"ın heyətində ən çox meydana çıxan hücumçulardan olduğu üçün ən bahalı futbolçu sayılır. "Transfermarkt"a görə, 21 yaşlı futbolçunun transfer dəyəri hazırda 2,50 milyon avrodur. Elvin Cəfərquliyev isə bu sırada 3-cüdür və transfer dəyəri 1,50 milyon avro ilə ölçülür.

    Bu şirkət mütəmadi olaraq öz müştərilərinin milliyə çağırılması haqda Instagram hesablarında paylaşımlar edir.

    Onu da bildirək ki, "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Prosport.Az-a açıqlamasında Elvin Cəfərquliyevə görə "Sent-Etyen"dən rəsmi təklif almadıqlarını bildirib. Buradan belə aydın olur ki, ya menecer şirkəti Elvinin adının Fransa klubu ilə çəkilməsində maraqlıdır, bu səbəbdən mətbuata belə xəbər sızdırılıb, ya da od olmayan yerdən tüstü çıxmaz...

    Səbuhi Musa

    Özəl xəbər

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Özəl xəbər

    "Araz-Naxçıvan"ın yeni prezidenti bu şəxs oldu – ÖZƏL

    5.09.2026 09:32:02
    Futbol

    AFFA-da Fərrux İsmayılovun ayrıldığı departamentdə yeni rəhbər – ÖZƏL + FOTOLAR

    4.09.2026 17:04:36
    Futzal

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Basketbol

    "Sərhədçi" dağıldı, onu yenisi əvəzlədi – ÖZƏL

    2.09.2026 14:20:13
    Futbol

    "Kəpəz" kosovolu futbolçu transfer etdi, portuqaliyalı legioner "qara siyahı"ya düşdü

    1.09.2026 14:00:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Dünya çempionatı: Millimiz Slovakiyaya qarşı

    15.10.2026 10:27:36

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35

    "Neftçi" ilə oyunun ilk hissəsində zəif təsir bağışladıq" - Latviya klubunun baş məşqçisi

    14.10.2026 23:48:34

    "Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq" - "Sabah"ın baş məşqçisi

    14.10.2026 23:17:03

    "Sabah" səfərdə "Trabzonspor"la bacarmadı

    14.10.2026 22:44:55

    "Ötürmələrdə və atışlarda bəsit səhvlərə yol verdik" "Neftçi"nin baş məşqçisi

    14.10.2026 22:13:42

    Elvin Yunuszadənin komandasının oyunu yarımçıq dayandırıldı

    14.10.2026 21:45:10

    Azərbaycan voleybolunun ən böyük uğurundan 15 il ötür

    14.10.2026 21:23:24

    "Neftçi" avrokubokda ikinci oyunu da uduzdu

    14.10.2026 20:49:57

    Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlaşır

    14.10.2026 20:20:53

    "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik" - Millimizin baş məşqçisi

    14.10.2026 19:56:06

    "Qol vurmağıma sevinmərəm" - Umarali Raxmonaliyev

    14.10.2026 19:17:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved