UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda "Qarabağ"ın qonağı olacaq Almaniyanın "Ayntraxt" komandası Bakıya gəlib.
Prosport.Az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

