"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Ayntraxt"la VII tur oyununa hazırlığı başa vurub.
Prosport.Az xəbər verir ki, komanda Almaniya klubu ilə matç öncəsi son məşqinə çıxıb.
Küləkli, soyuq və qarlı hava şəraitində baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyunu saat 21:45-də başlayacaq.

