“Qarabağ”ın futbolçusu Pedro Bikalyo yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Prosport.Az "TransferFeed" portalına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə Yunanıstanın AEK komandası maraqlanır.
İddiaya görə, Afina təmsilçisinin skautları 24 yaşlı oyunçunun çıxışını yüksək dəyərləndiriblər. Klubun baş məşqçisi Marko Nikoliç də Bikalyonun transferinə razılıq verib.
AEK-in dayaq yarımmüdafiəçisi üçün rəsmi təklif hazırladığı bildirilir.
Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ilin yayında "Qarabağ”a keçib. Onun “köhlən atlar”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

