Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov
    19.01.2026 18:44:50

    "Bu açıqlama ilə bildirmək istəyirəm ki, qarşılıqlı razılaşma əsasında "Karvan-Yevlax" Futbol Klubu ilə əməkdaşlığımı başa vurmuşam".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"la yollarını rəsmi şəkildə ayıran Azər Həşimov sosial şəbəkə hesabında yazıb.

    Mütəxəssis bildirib ki, son aylarda klub daxilində müəyyən idarəetmə və kommunikasiya çətinlikləri mövcud idi: "Bu müddət ərzində klubun ali rəhbərliyi ilə birbaşa əlaqə qurmaq imkanları məhdud olmuş, məsələlər əsasən aşağı idarəetmə pillələri vasitəsilə müzakirə edilmişdir. Təəssüf ki, bu formatda aparılan danışıqlar konkret nəticə verməmişdi.
    Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi. Yeni rəhbərlik tərəfindən açıq dialoq və peşəkar yanaşma nümayiş etdirildi. Məhz yeni direktorun vasitəçiliyi ilə klubun prezidenti ilə birbaşa və konstruktiv müzakirə aparmaq imkanı yarandı".

    Yevlax təmsilçisinin keçmiş baş məşqçisinin sözlərinə görə, bu danışıqlar nəticəsində irəli sürdüyü təklif klub prezidenti tərəfindən anlayışla qarşılandı və müqavilə ilə bağlı bütün məsələlər qarşılıqlı razılıq və hörmət çərçivəsində, kompensasiya ödənilməklə həll olundu: "Bu yanaşmaya görə klubun prezidentinə xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda, qısa müddətdə məsuliyyətli və peşəkar mövqe ortaya qoyan yeni direktor Elvin Əjdərliyə də minnətdarlığımı ifadə edirəm".

    Azər Həşimov bu müddət ərzində hüquqi olaraq işlərini aparan Elcan Həsənliyə dərin təşəkkürünü bildirib.

    O, sonda isə "Karvan-Yevlax"a, rəhbərliyə, futbolçulara, məşqçi heyətinə və azarkeşlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "Burada çalışdığım müddətdə qazandığım təcrübə və münasibətlər mənim üçün dəyərlidir".

    Qeyd edək ki, “Karvan-Yevlax”da icraçı direktor postunda Yevlax Rayon İcra Hakimiyyətində də işləyən Elvin Əjdərli Turan Manafovu əvəzləyib. 

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved