Belarus millisinin qapıçısı Maksim Plotnikovun karyerasını Azərbaycanda davam etdirmək variantı alınmayıb.
Prosport.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı qolkiper bu ölkədə çıxış edəcək.
Ölkəsində “Slaviya” klubundan ayrılan Plotnikov Azərbaycan da daxil olmaqla bir neçə ölkədən təklif almasına baxmayaraq, Qazaxıstanın yüksək liqa təmsilçisi “Jenis”lə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Maksim Plotnikov daha əvvəl – 2023-2024-cü illərdə Qazaxıstanda “Kaspi” klubunun formasını geyinib. Onun “Qəbələ”yə gəlmək ehtimalı var idi.

