“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt" klubu baş məşqçisi Dino Topmülleri istefaya göndərib.
Prosport.Az xəbər verir ki, Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.
O, Frankfurt klubunun U-21 komandasının baş məşqçisidir.
Qeyd edək ki, “Qarabağ” "Ayntraxt"la yanvarın 21-də Bakıda qarşılaşacaq.

