Futbol üzrə I Liqanın lideri "Şəfa" "İmişli"dən qalmaqallı ayrılan İbrahim Əliyevlə 5+1 illik müqavilə imzalayıb.
Prosport.Az-ın xəbərinə görə, bu qədər uzun müddətli müqavilə Azərbaycan futbolu tarixində bir ilk və rekorddur.
Hücum xəttində çıxış edən futbolçu yeni komandasında 9 nömrəli forma altında mübarizə aparacaq. Klub ləqəbi "şirlər" olan "İmişli"dən ayrılmış İbrahim Əliyevi yanında bəbirlə təqdim edib.
Qeyd edək ki, "Şəfa" daha əvvəl "Şahdağ-Qusar"ın bombardiri Ruslan Voronsovu istəsə də, maliyyə məsələsində tərəflər razılığa gələ bilməyib. Nəticədə sözügedən futbolçu Premyer Liqaya iddialı digər I Liqa klubu olan "Səbail"ə keçib.
Həmçinin, Bakı klubu daha əvvəl hücumçu Amil Yunanovla yolları ayırıb, 4 qolla bombardiri olan İrandan olan azərbaycanlı legioner Əmir İbrahimzadə ilə də vidalaşmağı düşünür. Yunanov I Liqanın digər klubu "Mingəçevir"ə keçib.

