"Kəpəz"dən ayrılan Pedro Qomeş Yaponiyaya yollanıb.
Prosport.Az xəbər verir ki, 22 yaşlı müdafiəçi bu ölkənin II Liqasında çıxış edən "Hokkaydo Konsadole Sapporo" klubunda baxışdadır.
Portuqaliyalı oyunçu komandanın təlim-məşq toplanışına qatılıb. J2 Liqasında yeni mövsümə fevralın əvvəlində start veriləcək.
Qeyd edək ki, "Kəpəz" dekabrın sonunda Pedro Qomeşlə vidalaşdığını açıqlayıb. O, mövsümün əvvəlində Gəncə təmsilçisinə keçmişdi.
Daha əvvəl "Turan Tovuz" braziliyalı futbolçusu Aleks Souzanı Yaponiyanın "Kyoto" klubuna satıb.

