Cənubi Koreyanın "Tedjon" klubu 2026-cı ilin kapitan heyətini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyuk vitse-kapitan təyin edilib.
Komandanın əsas kapitanı Ju Min-Kyu, digər əvəzediciləri isə Lee Soon-Min və Ha Çang-Ra olacaq.
Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ildən "Tedjon"da çıxış edir.

