Almaniya Bundesliqasında XVIII tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk gündə 1 oyun baş tutub.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın növbəti rəqibi olan "Ayntraxt" "Verder"in qonağı olub. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran Frankfurt təmsilçisi 7-ci pillədə qərarlaşıb.
"Ayntraxt" növbəti oyununu yanvarın 21-də Bakıda "Qarabağ"a qarşı keçiriləcək.

