“Qarabağ”ın sabiq hücumçusu Juninyo qazandığı kubokları ayağına döymə etdirib.
Prosport.Az xəbər verir ki, videonu Braziliyanın lance.br saytı yayıb. Bu döymələr arasında Braziliya çempionluğu, Libertadores və Azərbaycan çempionluğu kuboku da var.
Xatırladaq ki, Juninyo hazırda Meksikanın “Pumas” klubunda çıxış edir.
O, 2023-cü ilin yayından 2024-cü ilin dekabrın sonuna qədər “Qarabağ”da oynayıb. Bu müddətdə o, Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

