Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah" məşhur məşqçini Bakıya niyə dəvət etdi?
    16.01.2026 16:15:07

    Aut atışları üzrə məşhur məşqçi Tomas Qronnemark "Sabah" komandasına məşq keçib.

    Prosport.Az xəbər verir ki, bu barədə danimarkalı mütəxəssis sosial şəbəkə hesabında məlumat yayıb.

    “Bu həftə Azərbaycanda "Sabah" klubu ilə məşq keçdik. Bu mənim üçün böyük şərəf olmaqla yanaşı, sözün əsl mənasında ömürlük bir təcrübə oldu. Klubda mənə ailənin bir üzvü kimi yanaşıldı. Komandaya öz “Uzun, sürətli və ağıllı aut atışları” fəlsəfəm əsasında məşqlər keçdim. Məşqlər aşağı, orta və yüksək çətinlik səviyyəli tapşırıqların, eyni zamanda aşağı, orta və yüksək intensivliyin balansı üzərində qurulmuşdu. Bu yanaşma mənim 9 sahədən ibarət olan “Mürəkkəblik-İntensivlik modeli”m əsasında uyğunlaşdırılıb", - deyə Qronnemark bildirib.

    50 yaşlı çalışdırıcı paytaxt Bakı barədə də xoş sözlər yazıb: "Bakı həqiqətən möhtəşəmdir. Bu şəhər haqqında yalnız yaxşı sözlər demək olar. Tarixi və müasir memarlığın vəhdəti, mehriban insanlar, dadlı mətbəx və dəniz kənarında yerləşməsi Bakını xüsusi edir. Əgər indiyə qədər Bakıda olmamısınızsa, mütləq ziyarət etməyi tövsiyə edirəm. Məni komandalarında aut atışları üzrə məşqlər keçmək üçün dəvət etdiklərinə görə "Sabah" klubuna təşəkkür edirəm".

    Qeyd edək ki, Tomas Qronnemark Yürgün Kloppla birgə "Liverpul"da çalışıb. O, "Atletiko Madrid", "Borussiya Dortmund", "Ayaks" və digər məşhur komandalarının da məşqçisi olub. Qronnemark hazırda "Arsenal"la əməkdaşlıq edir.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved