“Sabah”dan ayrılan Boyan Letiç instaqram səhifəsində paylaşım edib.
Prosport.Az xəbər verir ki, bosniya və herseqovinalı futbolçu bunları yazıb:
"Yollarımız ayrılsa da, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq. Başımı dik tutaraq buradan ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram. Etimada görə rəhbərliyə, dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığım hər bir komanda yoldaşıma minnətdaram. Amma hər şeydən əvvəl azarkeşlərə səmimi təşəkkürümü bildirirəm: hər matçda qeyd-şərtsiz dəstəyiniz mənim ən böyük güc mənbəyim idi. Səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı həmişə mənim evim olacaq”.
Xatırladaq ki, Boyan Letiç 2022-ci ildə "Sabah"la anlaşmışdı.

