Azərbaycanın I Liqasının lideri "Şəfa" futbolçusu Amil Yunanovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 33 yaşlı futbolçu daha öncə “Qəbələ”, “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Şamaxı”, “Səbail”, “Turan Tovuz”, “Kəpəz” və “Biliş” (Albaniya) kimi klublarda çıxış edib

