"Qarabağ" komandasının son yoxlama oyunlarının başlama saatı açıqlanıb.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da 2 matça çıxacaq.
İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.
Birinci qarşılaşma saat 12:00-da, 2-ci görüş isə 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5 cavabsız qolla üstələyib.

