Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.
Prosport.Az xəbər verir ki, görüş Türkiyənin Antalya şəhərində baş tutub.
Hücumçunun çıxış etdiyi Polşanın "Motor" klubu da həmin ölkədə təlim-məşq toplanışındadır.
Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün 2-ci yarısında ona uğurlar arzulayıblar.

