Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər təlim-məşq toplanışına start veriblər.
Prosport.Az xəbər verir ki, mövsümün 2-ci yarısı üçün hazırlıq prosesi Türkiyənin Antalya şəhərində təşkil olunur.
İlk gündə əsas diqqət fiziki hazırlığın artırılmasına yönəldilib.

