"Karvan-Yevlax" klubu 2 məşqçisi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, köməkçi məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Zaur Hacıyev ötən gün II Liqa təmsilçisi “Xankəndi”nin baş məşqçisi təyin olunub.

