Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qəbələ”dən təklif gələndə həyəcanlandım" – Nigeriyalı hücumçu
    12.01.2026 21:07:05

    “Hələ şəhərə baxmaq fürsətim olmayıb. Ancaq klubun özü kifayət qədər peşəkar görünür. Baza da çox yaxşıdır. Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Komandaya kömək etmək istəyirəm”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qəbələ”nin yeni transferi İsmael Akinade klubun rəsmi saytına açıqlamasında deyib.

    Nigeriyalı hücumçu bölgə təmsilçisinə gəlməmişdən öncə Azərbaycan futbolu haqqında çox da geniş məlumata malik olmadığını bildirib: “Qəbələ”dən təklif gələndə həyəcanlandım, çünki əvvəl bu ölkədə oynamamışam. Hər zaman yeni sınaqları, özümü yoxlamağı sevirəm. Bunu səbirsizliklə gözləyirəm. Komandaya qoşulacağım üçün həyəcanlı idim. Bilirəm ki, “Qəbələ” böyük klubdur. Son illər ən yaxşı günlərini yaşamasa da, əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram".

    O, Azərbaycan futbolu haqqında çox az məlumatının olduğunu söyləyib: "Bəzi dostlarım var ki, bu komandanı və liqanı tanıyırlar. Dostlarımdan biri mənə “Qəbələ”nin böyük klub olduğunu dedi. Bu klubun uğurları üçün çalışmaq yaxşı fürsətdir”.

    Afrikalı forvard komandanın uğurları üçün əlindən gələni edəcəyinə söz verib: “Əsas məsələ mümkün qədər çox qələbə qazanmaqdır. Bu, komanda oyunudur, fərdi oyun deyil. Həmişə öz şəxsi hədəflərim də olur, ancaq əsas prioritet komandanın nəticələridir. Əlbəttə ki, hücumçu olaraq mümkün qədər çox qol vurmaq istəyirsən. Lakin bəzən bu olmaya bilər, məhsuldar ötürmə və müdafiəyə kömək etmək də vacibdir. Bunlarla da komandaya köməyin dəyir. Azarkeşlərə söz verərkən diqqətli olmaq lazımdır. Futboldur, burda hər şey baş verə bilər. Buna görə söz verə biləcəyim yeganə şey odur ki, hər oyun əlimdən gələnin 100 faizini ortaya qoyacağam. Qalan hər şey Tanrının əlindədir. Ümid edirəm ki, layiq olduğumuz nəticələri əldə edəcəyik. Məşq meydançasında hamı əlindən gələni edir. Futbolçular, məşqçilər, eləcə də inzibati heyət - hər kəs klub üçün çalışır. Ümid edirəm ki azarkeşlər hər oyuna gələrək, bizə dəstək olacaqlar. Onların dəstəyi komandaya əlavə güc verir. İnanıram ki, onları yaxşı oyun və nəticələrlə mükafatlandıracağıq”.

    Akinade Qəbələnin havasına uyğunlaşdığını bildirib: “Mən İrlandiyada, Dublində böyümüşəm. Qəbələ və İrlandiyada hava demək olar ki, eynidir. Bu havaya öyrəşmişəm. Yağış, soyuq – bəlkə də darıxdırıcı görünür, ancaq bu cür hava da normaldır”.

    Qeyd edək ki, son olaraq Özbəkistanın “Andijon” komandasında çıxış etmiş İsmael Akinade "Qəbələ" ilə 1.5 illik müqavilə imzalayıb.

    Futbol

    "Biz Avropa görməmiş insan deyilik" – Ayxan Abbasov

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz Avropa görməmiş insan deyilik" – Ayxan Abbasov

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved