II Liqa təmsilçisi “Xankəndi”nin baş məşqçisi müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, bu posta Premyer Liqa təmsilçisi “Karvan-Yevlax”da köməkçi məşqçi işləyən Zaur Hacıyev təyin olunub.
Yevlax təmsilçisində baş məşqçi Azər Həşimovun köməkçisi işləmiş və hələ də sabiq klubundan təzminatını ala bilməyən Zaur Hacıyev bundan sonra Xankəndi klubunu çalışdıracaq.
Qeyd edək ki, “Xankəndi”ni AFFA Region Liqasından II Liqaya yüksəltmiş türkiyəli baş məşqçi İbrahim Uzunca klubun uşaq futbolu üzrə koordinatoru təyin olunub.

