Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA-nın fəaliyyətində çatışmazlıqlar aşkarlandı
    12.01.2026 15:39:56

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə müstəqil monitorinq həyata keçirilib.

    Prosport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, monitorinq çərçivəsində idman yarışlarında ayrı-seçkiliyin qadağan olunmasına dair mövcud milli qanunvericilik və beynəlxalq sənədlər, FIFA və UEFA tərəfindən müəyyən edilmiş standartlar, habelə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA-nın) intizam xarakterli qərarları və digər müvafiq mənbələr təhlil edilib, təklif və tövsiyələr hazırlanıb.

    Aparılan monitorinq idman sahəsində, xüsusilə futbolda bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində bir sıra mühüm addımların atıldığını göstərir. Bununla yanaşı, bu sahədə görülən işlərin davamlı və sistemli yanaşma ilə daha da təkmilləşdirilməsi aktual olaraq qalır.

    Azərbaycanın idman ölkəsi olmasını, beynəlxalq səviyyəli nüfuzlu idman yarışlarına ev sahibliyi etməsini, eləcə də 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının ölkəmizdə keçiriləcəyini nəzərə alaraq, idman yarışlarında, xüsusilə futbol oyunlarında bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi, preventiv mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

    Aparılan monitorinqin nəticələri əsasında “Futbolda bərabərlik hüququnun təmini və ayrı-seçkiliyə qarşı mübarizəyə dair” Monitorinq Hesabatı hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hesabatda müvafiq sahə üzrə mövcud vəziyyətə dair təhlillər, habelə bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması istiqamətində təklif və tövsiyələr əks olunub.

    Qeyd edək ki, hesabat Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına daxil olmuş müraciətlər və mediada dərc edilmiş məlumatlar əsasında hazırlanıb.

    Futbol

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58
    Futbol

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23
    Futbol

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    Futbol

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    Futbol

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    Futbol

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34

    "Barselona" BOS-da məşqə çıxdı

    24.11.2026 21:10:38

    II Liqada XIII turun təyinatları açıqlandı

    24.11.2026 20:48:56

    "Sabah" baxımlı futbol oynamağı sevir - Hans-Diter Flik

    24.11.2026 20:12:33

    "Belə oyunlar bizim üçün məşq kimi ola bilər" - Frenki de Yonq

    24.11.2026 19:52:50

    Daha bir boksçumuz Avropa çempionu oldu

    24.11.2026 19:35:53

    Klubu millimizin futbolçusunu Konfrans Liqası üçün sifariş etdi

    24.11.2026 19:26:54

    "Meydana uğurlu nəticə üçün çıxacağıq" - "Sabah"ın futbolçusu

    24.11.2026 18:44:09

    "Bu, Flik üçün problem deyil, onun superulduzlardan ibarət komandası var" - Valdas Dambrauskas

    24.11.2026 18:38:43

    Azərbaycan təmsilçisi bu dəfə 5 qolla uduzdu

    24.11.2026 18:19:59

    Boksçumuz ardıcıl 3-cü dəfə Avropa çempionu oldu

    24.11.2026 17:57:39
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved