“Neftçi” Aleks Fernandeslə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" Rusiyanın “Baltika” klubundan icarə götürülən braziliyalı hücumameyilli yarımmüdafiəçi ilə vidalaşıb.
Bakı klubunun yeni baş məşqçisi Yuri Vernidub da bu mövsüm adı iştirak ərizəsinə salınmayan 23 yaşlı vingerin xidmətinə ehtiyac duymayıb.
Aleks Fernandesin "Baltika"da da qalmayacağı dəqiqdir. Çünki klub onunla yola davam etmək niyyətində deyil və transfer təkliflərini dəyərləndirəcək.

