“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Liverpul”da yarımmüdafiəçi Dominik Soboslainin durumuna aydınlıq gəlib.
Prosport.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, Macarıstan millisinin üzvü komandasında qalacaq.
25 yaşlı orta sahə oyunçusu "Real" və "Bavariya"nın maraq dairəsinə düşüb. Hər 2 klub Soboslaini qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırırdı. Lakin oyunçu “qırmızılar”ın yeni müqavilə təklifini müsbət cavablandırıb. Hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər olan Soboslainin məvacibi də artırılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin son turu çərçivəsində “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də keçiriləcək.

