Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün yoxlama oyunu keçirəcəklər.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.
"Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) kollektivini sınağa çəkəcək.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstanın "Pakş" komandasına uduzub - 1:5.

