"Sabah" Aaron Maludanın transfer hüququna yiyələnib.
Prosport.Az xəbər verir ki, 20 yaşlı futbolçunun icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə 4 illik yeni müqavilə bağlanıb.
Fransalı futbolçu ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, komandamızın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.
Qeyd edək ki, "Sabah" daha əvvəl Umarali Raxmonaliyevi "Rubin"dən birdəfəlik transfer edib.

