UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda baş tutacaq "Liverpul"la matçda "Qarabağ"ın azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub.
Prosport.Az xəbər verir ki, Ağdam klubunun fanatlarına 1250 yer ayrılıb.
Vauçerlər bu gün saat 12:00-dan etibarən "iTicket.az" saytında satışa çıxarılacaq. Biletlərin qiyməti 115 manat təşkil edəcək.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.

