"Qarabağ"ın sabiq futbolçusu Redon Cica Albaniyaya geri qayıdıb.
Prosport.Az xəbər verir ki, albaniyalı hücumçu “Tirana”dan gələn təkliflə razılaşıb.
O, Əlcəzairin “Beluizdad” klubundan ayrılaraq sabiq komandasına keçib. Cica mövsümün sonuna qədər paytaxt təmsilçisində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl “Laçi”də də oynamış Redon Cica 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

