Serbiyanın "OFK Belqrad" koamndasının sağ cinah yarımmüdafiəçisi Dioqo Bezerra "Qarabağ"ın təklifini qəbul etməyib.
Prosport.Az xəbər verir ki, braziliyalı vinger karyerasını Portuqaliyada davam etdirəcək. 23 yaşlı futbolçu "Rio Ave" ilə anlaşıb.
Yaxın günlərdə tibbi müayinədən keçəcək oyunçu ilə rəsmi müqavilə imzalanacaq. Belqrad təmsilçisi bu keçiddən 1,8 milyon avro qazanacaq.
Qeyd edək ki, Dioqo Bezerra cari mövsüm 21 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

