“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalskiyə ölkəsindən təklif gəlib.
Prosport.Az xəbər verir ki, bu barədə polşalı insayder Pyotr Kozminski məlumat yayıb.
Onun sözlərinə görə, "Vidzev" (Lodz) klubu 26 yaşlı qolkiperin xidmətində maraqlıdır.
Qeyd edək ki, Mateuş Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Daha əvvəl qapıçının İtaliyanın "Napoli" və Almaniyanın "Borussiya" (Dortmund) klublarından da təklif aldığı iddia edilirdi.

