Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" 2 futbolçusunu satır - Biri Leandro Andradedir
    8.01.2026 10:51:31

    Az qala bütün oyunçuları üçün təklif alan “Qarabağ” heyətdə dəyişiklik etməyə qərar verib. Ağdamlılar bəzi legionerləri satmaq niyyətindədir.

    Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, çempionun vidalaşacağı ilk oyunçu Leandro Andradedir. Artıq bir dəfə Çindən gələn sərfəli təklifi geri çevirən ağdamlılar bu dəfə razılıq verməyə məcbur olub. Oyunçunun da getməkdə israrlı olması “Qarabağ”ın ona “yaşıl işıq” yandırması ilə nəticələnib.

    Müştərinin hansı ölkədən olduğunu dəqiqləşdirə bilməsək də, “Qarabağ”ın keçiddən 3 milyon avro qazanacağı dəqiqdir. Bu, komandadakı legionerlər üçün təklif olunan ən yüksək məbləğdir. Digər futbolçuların özünə yüksək maaş vəd edilsə də, klubu qane edəcək rəqəmlər olmadığından digər satışlar reallaşmır.

    Baş məşqçi Qurban Qurbanov Leandronun gedişinə həm də ona görə razıdır ki, hücumun sağ cinahında alternativlər çoxdur. Nəriman Axundzadə, Aleksey Kaşuk, Kamilo Duran bu mövqenin oyunçusudur. Joni Montielin formaya düşüb hücumun arxasında inamlı təsir bağışlamasından sonra Kadi də onun üçün daha rahat olan sağ cinaha qayıda bilər.

    Ağdamlılar daha bir oyunçunun gedişinə razılıq verib. Hələlik onun adını dəqiqləşdirə bilməmişik. Çox güman ki, Pedro Bikalyo və Mateus Silvadan biri satılacaq. Hər şey onlar üçün təklif olunan məbləğlərin klubu qane etməsindən asılı olacaq. Marko Yankoviç isə azı yayadək düşərgədə qalacaq – baş məşqçi qalmasını vacib saydığı yarımmüdafiəçini razı sala bilib.

    Hər 2 oyunçu yanvarın sonunda satılacaq. “Qarabağ”ın Çempionlar Liqasında pley-offa yüksəlmək şansı qaldığı üçün bütün oyunçular bu ayın 21-də “Ayntraxt”a, bir həftə sonra “Liverpul”a qarşı görüşlərdə Qurban Qurbanovun sərəncamında olacaq. Ağdamlıların bu 2 matç üçün sifariş ərizəsinə başqa oyunçu salmaq imkanı olmadığından, tərəflər ÇL-in Liqa mərhələsi bitənədək bir yerdə olmağa razılaşıb. Oyunlar bitdikdən sonra isə Andrade və daha bir legioner (say çoxala bilər) satılacaq. Qış transfer pəncərəsi əksər ölkələrdə fevralın əvvəlində bağlandığı üçün bu “əməliyyat”ı reallaşdırmaq mümkündür.

    “Qarabağ” 2 oyunçunun satışından əldə olunacaq gəliri yeni oyunçuların alışına sərf edəcək. Komanda pley-offa yüksələrsə, avrokubokda daha yaxşı heyətə ehtiyac olacaq. Hətta mübarizə dayandırılsa belə, ölkə çempionatında hədəfdən uzaqlaşmamaq üçün ağdamlılara yeni qan lazımdır. Qurbanov bu səbəbdən azı 4 legionerin alınması üçün rəhbərliyə müraciət edib və razılıq alıb. Bir neçə oyunçu ilə uzun müddətdir danışıqlar aparılır və onların keçidi həll olunmaq üzrədir. Yenilərin qışda gəlməsi həm də onların yeni mövsümə qədər adaptasiyasının təmin edilməsi üçün vacib sayılır.

    Futbol

    "Biz Avropa görməmiş insan deyilik" – Ayxan Abbasov

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Futbol

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    Futbol

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28
    Futbol

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Biz Avropa görməmiş insan deyilik" – Ayxan Abbasov

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ" azarkeşlərini bu xəbərlə sevindirdi - FOTO

    22.09.2026 17:56:28

    "Klub səviyyəsində qazanılan qələbələr Azərbaycan millisinin nəticələrində əksini tapmır" - İqor Angelovski

    22.09.2026 17:28:31

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved