“Neftçi”də yaranan narahatlıq öz həllini tapıb. Problem Vensan Abubakarla bağlı olub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirliklərinə uçmaq istəyəndə çətinliklə üzləşib.
Belə ki, məşhur futbolçunun sənədlərində problem aşkarlanıb. “Neftçi” rəhbərliyinin səyi nəticəsində dövlət orqanlarına edilən müraciətlər sayəsində Abubakarın üzü gülüb.
Kamerunlu ulduz hazırda BƏƏ-də hazırlıq keçən komandanın düşərgəsindədir.

