"Sabah"ın "Rubin"dən birdəfəlik transfer etdiyi Umarali Raxmonaliyev üçün Rusiya klubuna ödədiyi təzminat bəlli olub.
Prosport.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu Kazan təmsilçisinə 800 min avro (1,6 milyon manat) ödəniş edib.
Qeyd edək ki, "Sabah" 2025-ci ildə yanvarında icarəyə götürdüyü Özbəkistan millisinin yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalayıb.
22 yaşlı futbolçu hazırkı komandasında 36 oyunda meydana çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

