“Neftçi” qış fasiləsində heyətinə yeni oyunçu qatmaq üçün çalışmalara start verib.
Prosport.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Rux” komandasında çıxış edən yarımmüdafiəçi Denis Pidqurski ilə maraqlanır.
“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub 22 yaşlı futbolçunu sərəncamında görmək istəyir.
"Transfermarkt" portalı oyunçunun dəyərini 500 min avro olaraq qiymətləndirir.

